Yaqub Zurufçunun vəziyyəti ağırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gündən etibarən koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun səhhətində ağırlaşma var.
BAKU.WS xəbər verir ki, sənətçinin həyat yoldaşı Aynur Zurufçu Əməkdar artistin vəziyyətinin ağır olaraq qaldığını bildirib:
"Ötən gün Yaqubun həkimi mətbuata açıqlama vermişdi ki vəziyyəti ağırdır. Səhhəti hələ də ağır olaraq qalır. Əvvəl dedilər ki, 3 gün stabil qalsa, nəsə ümidverici bir şey demək olar. Amma, təəssüf ki, elə olmadı".
Xatırladaq ki, sənətçinin hazırda müalicə aldığı "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov BAKU.WS-ə bildirib ki, onun vəziyyətinin ağır olması əsasən kəskin böyrək çatışmazlığı ilə əlaqədardır.
Oxşar xəbərlər
COVID-19-un kimlərdə ağırlaşma riski yüksəkdir? - AÇIQLAMA
Alimlər yalnız kök insanların deyil, həm də az çəkinin xəstəliyin ağır gedişi riskini artırdığına dair nəticəyə gəlib. Yeddi milyon ingilisin tibbi məlumatların...