Yanvar ayında KTM-ə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub, 7-si ölüb
05
fev
2024
13:36
Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.
KTM-dən BAKU.WS-ə verilən məlumata görə, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.
Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Həkimlərin səylərinə baxmayaraq zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib, onlardan 6-sı kişi, 1-i qadın olub.
Oxşar xəbərlər
Avqust ayında zəhərlənmədən yeddi nəfər ölüb
Avqust ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib. Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 162 nəfər Toksiko...