Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq

Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
Sosial 53

Bakıda noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 60 qərarın qəbul ediləcəyi gözlənilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

Baş danışıqçı bildirib ki, bunlardan əsasları iqlim maliyyəsi və karbon bazarlarının formalaşmasıdır.

Y.Rəfiyevin sözlərinə görə, bu iki qərarın qəbulu tarixi nailiyyət olacaq.

Xəbər yenilənir

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər