Yağış yağacaq, dolu düşəcək - HAVA XƏBƏRDARLIĞI
Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-də səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 16-da əsasən səhər və axşam, 17-dən 18-də səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, 17-də gündüz 22-26 dərəcə isti olacaq.
Bir neçə gün davam edən mülayım hava şəraitindən sonra iyulun 16-da qərb rayonlarından başlayaraq 18-də səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Oxşar xəbərlər
İyul ayına olan hava proqnozu AÇIQLANDI
İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...