Xəzəri hasarlayanlar 50 min manat cərimə olunacaq
Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, Xəzərin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılmasını nəzərdə tutan layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaq.
Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev 500 manat cərimə nəzərdə tutan qanunu təsdiqlədi
Azərbaycan Respublikasının Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. BAKU.WS-in məlumkatına görə,...