Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, Laçın şəhərinin Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması da mühüm hadisə oldu.
BAKU.WS xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
O diqqətə çatdırıb ki, bu, regionlararası əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyətlidir. "Qarşılıqlı təcrübə mübadiləsinin aparılması, mövcud imkanlardan səmərəli istifadə edilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdəndir",- deyə M.Məmmədov əlavə edib.
Laçında qarşıya qoyulan planların ilbəil uğurla reallaşdırıldığını vurğulayan Prezidentinin xüsusi nümayəndəsi deyib: "Yeni yaşayış məhəllələri inşa edilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur, şəhərə köçən əhalinin məşğulluğu üçün imkanlar yaradılır. Eyni zamanda, formalaşdırılan müasir şəhər mühitinin qorunması və gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...