Xətai rayonunda şəhidə HÖRMƏTSİZLİK - FOTOLATR
Xətai rayon NZS qəsəbəsində şəhidlər üçün ayrılan park yerində şəhidin büstü dağıdılıb, əvəzində isə pivəxana açılıb. Maraqlıdır ki, bu əməli şəhidin qardaşı edib. BAKU.WS xəbər verir ki, bununla bağlı məlumatı ölkə.az-a şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırov verib.
Xəyalın sözlərinə görə, atası Rəşid Bağırov 1992-ci ildə Ağdərə döyüşlərində şəhid olub. 1 il sonra şəhid ailəsi Xəyalın böyük əmisi Məhərrəm Bağırov tərəfindən NZS qəsəbəsi, indiki Rəşid Bağırov küçəsindəki ata evlərindən qovulublar. Məhərrəm Bağırov Dövlət Statistika Komitəsində işləyir. Şəhid ailəsi bir müddət evsiz qaldıqdan sonra Müdafiə Nazirliyi ailəni evlə təmin edib.
Xəyal Bağırov bildirdi ki, bir gün eşidiblər ki, "Rəşid Bağırov” adlı kiçik müəssisə açılıb: "Gedib baxdıq ki, "Rəşid kiçik” müəssisəsi deyilən yerdə mağaza, kafe açılıb. Bildirəndə ki, bu nə müəssədir, biz ailəsiyik, ancaq bizə xəbər verməmisiniz. Əmim oradan da bizi qovdu. "Rəşid kiçik müəssəsi”nin yanında kiçik sahə var idi, oranı da pivəxana etmişdilər. Bununla bağlı Xətai rayon icra hakimiyyətinə şikayət etdik, icra hakimiyyətindən bizə bildirdilər ki, o yeri biz şəhidlərin adına park salmaq üçün ayırmışıq. Biz şəhidlər parkı üçün yer ayırmışıq, ancaq hansı məqsəd üçün istifadə edildiyindən xəbərsizik. Bunu eşitdikdən sonra gəlib əmimə dedim ki, atamın adından istifadə edib niyə iş görürsən? Dedi ki, Rəşid burada mənimlə tikinti aparmayıb. Əmim atamın adından istifadə edib, özünə biznes qurub”.
Xəyal bildirdi ki, əmisi Məhərrəm Bağırov biznesi inkişaf etdirmək üçün daha sonra kiçik əmisi olan Fikirət Bağırovu özünə şərik götürüb: "Fikrət Bağırovun isə bu məsələdən qətiyyən xəbəri olmayıb ki, o yeri əmim atamın adına büst qoymaq və şəhidlər parkı salmaq üçün alıb, ancaq əvəzində pivəxana edib. Məhərrəmin oğlu oğurluq üstündə tutulan zaman əmim həmin ərazini satışa çıxarıb, ancaq onun bu əməlindən kiçik əmim Fikrətin xəbəri olmayıb. Həmin yeri Qurban adlı məhkəmə işçisinin adına keçirib satıblar. Aradan bir müddət keçəndən sonra Moskvada işləyən Fikrət əmim eşidib ki, obyekt satılıb. Gəlib Məhərrəm əmimlə dava edib ki, şərik olduğu obyekti niyə satıb. Sonradan Fikrət əmim bilib ki, o obyekti Məhərrəm şəhid qardaşı Rəşidin adını əbədiləşdirmək üçün alıb. Fikrət əmim məsələnin dəqiqliyini Xətai rayon icra hakimiyyətindən öyrəndikdən sonra Məhərrəm Bağırovla dava edib. Məhərrəm Bağırov isə qardaşı Fikrətin keçmiş OMON-çu olduğunu deyərək polisə şikayət edib”.
Bunları deməkdə Xəyalın məqsədi atasının və qəsəbə şəhidlərinin adına verilmiş torpaq sahəsinin geri qaytarılması və orada şəhidlər üçün parkın salınmasıdır.
"Atamın büstünün qoyulması üçün yer də ayrılmışdı, hətta bünövrəsi də qoyulmuşdu, ancaq sonradan onu söküb, dağıtdılar”, – deyən Xəyal Bağırov dövlət orqanlarına bu biabırçılığa son qoyulması üçün çağırış edib.
BAKU.WS
Oxşar xəbərlər
Samir Bağırov Rusiyanın məşhur şousunda (VİDEO)
Məşhur azərbaycanlı müğənni Samir Bağırov Rusiyanın 1-ci kanalında yayımlanan "Pust qovaryat" verilişində iştirak edib. BAKU.WS xəbər verir ki, Andrey Malaxovu...