XİN-in Mətbuat Xidməti “Əkinçi” fəxri mükafatına layiq görüldü

XİN-in Mətbuat Xidməti “Əkinçi” fəxri mükafatına layiq görüldü
Foto
Sosial 117

XİN-in Mətbuat Xidməti “Əkinçi” fəxri mükafatını alıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında yazıb.

“Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ildönümü münasibətilə “Əkinçi” fəxri mükafatını XİN-in Mətbuat Xidməti olaraq aldıq. Təşəkkürlər, EMediaGroup!

22 iyul Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edirik!”, - XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər