Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir
Abşeron rayonunun Xırdalan şəhərində yaşlı kişi bir aya yaxındır ki, avtobus dayanacağında gecələyir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, adını və soyadını açıqlamaq istəməyən kişi burada özünə kiçik bir sığınacaq yaradıb. Tapdığı yorğan-döşəyi dayanacaqda yerləşdirərək gecələrini açıq havada keçirməyə məcbur qalır. Soyuq qış günlərində onun bu şəraitdə qalması ətrafdakı insanlarda narahatlıq yaradır.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, qurumun əməkdaşları sözügedən vətəndaşla bağlı məlumat daxil olan kimi dərhal əraziyə yollanıblar.
Xırdalan şəhəri, Əvəz Şəfiyev küçəsində yerləşən dayanacaqda məskunlaşan vətəndaşın qiymətləndirilməsi aparılıb və ona müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilmək təklif olunub. Lakin o, bundan qəti şəkildə imtina edib.
Oxşar xəbərlər
Tələbələr arasında yeni məcburiyyət: Yaşamadıqları mənzilin kirayəsini ödəyirlər
Tələbələr yay tətilində olsalar da, kirayə mənzil bazarı "tətilə çıxmayıb". Bəzi tələbələr sentyabrda daha yüksək qiymətə ev axtarmamaq üçün kirayə götürdükləri...