XIII Qlobal Bakı Forumunun ikinci günü işinə başlayır

XIII Qlobal Bakı Forumunun ikinci günü işinə başlayır
Sosial 189

XIII Qlobal Bakı Forumunun ikinci günü işini davam etdirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, müzakirələr zamanı qlobal idarəetmə, iqlim dəyişiklikləri, beynəlxalq nəqliyyat marşrutları və Afrika qitəsinin inkişaf perspektivləri kimi aktual mövzulara həsr edilib.

Panel sessiyalarından biri "Çin və Qlobal İdarəetmə Təşəbbüsü" mövzusunda keçirilib. Müzakirələr zamanı Çin tərəfindən irəli sürülən qlobal idarəetmə təşəbbüslərinin beynəlxalq əməkdaşlığa təsiri, inkişaf etməkdə olan ölkələr üçün yeni imkanların yaradılması və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

"COP-u Yaşatmaq Uğrunda Mübarizə" mövzusuna həsr olunan sessiyada iqlim dəyişiklikləri ilə mübarizə, karbon emissiyalarının azaldılması, yaşıl enerji mənbələrinin genişləndirilməsi və beynəlxalq iqlim razılaşmalarının icrası məsələləri müzakirə edilib.

Forum çərçivəsində keçirilən "Orta Dəhliz və Avrasiya Əlaqə Qapısı" adlı paneldə isə regionlararası nəqliyyat və logistika əlaqələrinin inkişafı diqqət mərkəzində olub.

Bundan əlavə, "Afrika: bu gün və sabah" adlı paneldə Afrika qitəsinin iqtisadi və siyasi inkişaf perspektivləri, investisiya imkanları və qlobal iqtisadi sistemdə artan rolu müzakirə edilib.

"2030 Gündəliyinin sürətləndirilməsi: İnklüziv artım və dayanıqlı əlaqəlilik" panelində dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi müzakirəyə çıxarılıb.

***09:41

XIII Qlobal Bakı Forumunun ikinci günü işinə başlayır.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, gün ərzində beş panel sessiyanın keçirilməsi nəzərdə tutulur.

Belə ki, forumda "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan Kənar: COP-u Canlı Saxlamaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı", "Afrika: Bu gün və sabah", "2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv inkişaf və dayanıqlı bağlantı" mövzularında müzakirələr aparılacaq.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirak etdiyi beynəlxalq tədbir müxtəlif ölkələrin yüksəksəviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

Forum martın 14-də öz işini yekunlaşdıracaq.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər