Xəzəryanı ölkələr nərə balığının ovuna qoyulmuş qadağanı 2026-cı ilə qədər uzadıblar
Xəzəryanı ölkələr (Azərbaycan, Rusiya, Qazaxıstan, İran, Türkmənistan) 2026-cı il üçün Xəzər dənizində nərə balıqlarının kommersiya məqsədli ovuna qoyulmuş qadağanı uzatmaq barədə razılığa gəliblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Rosrybolovstvo" məlumat yayıb.
Qadağanın uzadılması barədə qərar Türkmənistanda keçirilmiş Xəzər dənizinin su bioresurslarının qorunması, onların səmərəli istifadəsi və ümumi ehtiyatların idarə olunması üzrə komissiyanın 9-cu sessiyasının yekunları əsasında qəbul olunub.
2026-cı ildə də, əvvəlki kimi, nərə balığı növlərinin ovuna yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaldılma üçün icazə veriləcək.
Bundan əlavə, Xəzəryanı ölkələr dənizin ümumi akvatoriyası üçün vahid balıqçılıq qaydaları yaratmağı planlaşdırırlar. Bu, su bioresurslarının ümumi ehtiyatlarının daha səmərəli istifadəsini təmin edəcək və balıqçılıq mühafizəsi tədbirlərinin effektivliyini artıracaq.
İclasda beş ölkənin nümayəndələri həmçinin 2026-cı il üçün ümumi su bioresurslarının ov həcmlərini razılaşdırıblar.
Oxşar xəbərlər
Övladınız məktəbdə qaydaları pozursa... - Valideynlərə XƏBƏRDARLIQ
"Uşaqlıqda davranış pozuntusu olan hər bir uşaq böyüyəndə riski artmış olur. Bu risk isə düzgün müdaxilə, mühit və dəstək sayəsində kəskin şəkildə azaldıla bilə...