Xəzərlə bağlı ŞOK PROQNOZ

Xəzərlə bağlı ŞOK PROQNOZ
Sosial 2457

Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir.

BAKU.WS axar.az-a istinadən bildirir ki, bunu Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində "Meqatəhdidlər dövrü:

İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi" mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindəndədir: "Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb".

Onun sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır: "Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələ nəticəsində bir çox insanlar həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 ölkə üçün də təhlükədir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...

311 Sosial 18:18 13 dekabr 2022

Son xəbərlər