Xəzərin səviyyəsinin azalması ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Son dövrlər Xəzər dənizinin səviyyəsi azalmağa doğru gedir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
O bildirib ki, bu tendensiya mütəmadi baş verir: “Bu, neçə yüz illər əvvəl də baş verib. Azalma və qalxmalar olub.
Həm də çaylarımızda su səviyyəsində azalmalar müşahidə olunur. Azərbaycanda 20 ildə çayların suyu 10-15 faiz azalıb.
Bu həm də Volqa, Ural çaylarına aid edilir. Bu azalmalar, digər hidroloji amillər Xəzər dənizinin də suyunun azalmasına gətirib çıxarır.
Hazırda bu, kritik vəziyyətə gətirib çıxarmayıb. Amma bu hal baş verir və hesab edirik ki, müəyyən dövrdən sonra vəziyyət stabilləşəcək. Proqnozlar göstərir ki, stabilləşmə mütəmadi baş verir. Bununla bağlı narahatedici amil görmürük”.
Oxşar xəbərlər
Son vaxtlar “donan” Xəzər dənizində daha bir narahatedici vəziyyət - Nazirlikdən AÇIQLAMA
“Xəzər dənizi qapalı hövzə olduğundan burada periodik olaraq səviyyə dəyişmələri baş verir. Lakin Xəzərin unikal əlamətlərindən biri də ondan ibarətdir ki, bunu...