Xəstələrin həkim tövsiyəsi olmadan dərman istifadə etməsi təhlükəlidir - ƏHALİYƏ XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
“Xəstələrin həkim tövsiyəsi olmadan dərman vasitəsi istifadə etməsi təhlükəlidir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.
E.Quliyev deyib ki, COVID pandemiyası dövründə xəstələr stasionar şəraitdə də dərman qəbul edirlər: “Bu halda həkim nəzarəti olur və ciddi əlavə təsirlər müşahidə edilmir.
Ancaq bəzən insanlar özləri antiviral, ineksion və digər dərman vasitələri qəbul edirlər. İneksion dərman vasitələrinin qəbulu hətta ölümə səbəb ola bilər. İnsanlar özbaşına dərman vasitələrinin qəbul edilməsindən çəkinməlidirlər”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...