Paytaxtın daha bir küçəsində hərəkət məhdudlaşdırılacaq
25
iyl
2024
17:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
26 iyul saat 00:00-dan 29 iyul saat 07:00-dək Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Oxşar xəbərlər
Sabahdan Bakının bu prospekti TAM BAĞLANIR - YENİLƏNİB
Sabah səhər saat 06:00-dan 14 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində və Mikayıl Müşfiq küçəsində (M.Müşfiq küçəsindən Ayna Sultan...