XƏBƏRDARLIQ: Güclü külək əsəcək, çaylardan sel və daşqın keçəcək

XƏBƏRDARLIQ: Güclü külək əsəcək, çaylardan sel və daşqın keçəcək
Sosial 8

Martın 26-da Azərbaycanda havanın küləkli və yağıntılı olacağı, həmçinin çaylarda sululuğun artacağı ehtimal olunur.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında gündüz qısa müddətə cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Gəncə-Qazax, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin 15-20 m/s, 26-sı gündüzdən 27-si gündüzədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 32-37 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərində bölgələrdə hava necə olacaq?

Bayram günlərində bölgələrdə hava necə olacaq?

Azərbaycanın bölgələrində bayram günlərində, yəni martın 20-24-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BAKU.WS-ə Milli Hidrometerologiya Xidmətindən mə...

10 Sosial 14:37 19 mart 2024

Son xəbərlər