Xalq artistinin oğlu Azərbaycan Mərkəzi Bankının yeni baş direktorlarından biri oldu
Bu gün Azərbaycan Mərkəzi Bankına (AMB) 9 baş direktor təyin edilib.
BAKU.WS xəbər verir ki, onlardan biri Anar Mansurov, Xalq artisti, məşhur bəstəkar Eldar Mansurovun oğludur.
Anar Eldar oğlu Mansurov 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində işləyib.
Ondan əvvəl isə "AzerGold" QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - "Azerblast" MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq "AzRe Təkrarsığorta" ASC-nin Direktor Şurasının müstəqil üzvü olub.
Oxşar xəbərlər
Pirşağıda suiti cəsədləri aşkarlanıb
Pirşağıda, Xəzər dənizinin sahilində bir neçə nöqtədə suiti cəsədləri aşkarlanıb. Ərazidə yaşayan sakinlər sahilə yayılan kəskin və xoşagəlməz qoxudan narahat o...