Xalq artisti Əminə Yusifqızı vəfat edib - TƏBİB məlumat yaydı
Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb.
***14:36
Xalq artisti Əminə Yusifqızı vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin yaxınları məlumat verib.
Qeyd edək ki, "Şöhrət" ordenli aktrisa və qiraətçi Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" kimi onlarla filmdə və televiziya tamaşalarında rol alıb.
Oxşar xəbərlər
Abşeronun bu qəsəbəsində zibil əlindən dayanmaq mümkün deyil
Abşeron rayonunun Hökməli qəsəbəsində zibil və üfunət qoxusundan dayanmaq mümkün deyil. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub. Qeyd edilib...