Xalq artisti Arif Quliyevin son durumu açıqlanıb
26
apr
2021
16:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq 10 gündür ki, COVID-19 virusuna yoluxan Xalq artisti Arif Quliyevin vəziyyəti getdikcə ağırlaşır.
Xəstəxanada aparılan müalicələrə baxmayaraq ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub. Xalq artistinin qızı Günel Quliyevanın “Report”a verdiyi açıqlamaya görə, müayinə və müalicələrə baxmayaraq atasının vəziyyəti olduqca ağırdır.
Qeyd edək ki, Arif Əli oğlu Quliyevin 71 yaşı var. Kino və Teatrda oynadığı rollarla xalqın rəğbətini qazanan sevimli aktyorumuza şəfa diləyirik!
Oxşar xəbərlər
Həkim: "Arif Quliyevin ciyərlərinin 90 faizi zədələnib, vəziyyəti çox ağırdır"
"Xalq artisti Arif Quliyevin vəziyyəti ciddi ağır qiymətləndirilir. Xalq artisti təxminən 10 gündür virusa yoluxub. Xəstəxanada aparılan müalicələrə baxmayaraq...