Xaçmazın icra başçısının fırıldağı: saxta sarayın fotosu İnterneti "partlatdı"
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Xaçmaz rayonunda tikilən divarın fotosu yayılıb.
BAKU.WS-in məlumatına görə, bloger Mehman Huseynovun yaydığı şəkildən müəyyən etmək olar ki, günbəzlərdən biri dəmir karkasdan asılı vəziyyətdədir. Kənardan baxanda divar elə təəssüratı yaradır ki, çox gözəl bina tikilib. Ancaq tikiliyə arxadan baxdıqdan vəziyyətin tamam fərqli olduğunu görmək olar.
Qeyd edilir ki, bu günbəzlər Xaçmaz şəhərinin yeni salınan parkında divarın üstünə yerləşdirilib.
Məsələylə əlaqədar olaraq 1news.az Xaçmaz rayonunun İcra hakimiyyətinin ictimai-siyasi departamentinə müraciət edib. Oradan bildiriblər ki, bu şəkilləri görməyiblər və buna görə də şərh vermək istəmirlər.
BAKU.WS
Oxşar xəbərlər
İcra başçısının avtomobili qaydanı kobud şəkildə pozdu (VİDEO)
Daha bir icra başçısının xidməti maşını qayda pozarkən kameraya düşüb. BAKU.WS xəbər verir ki, a24.az-ın redaksiyasına Xaçmaz Rayon İcra Hakimiyyətinin başçıs...