Xaçmazdakı meşə yanğını nəzarətə götürüldü - YENİLƏNİB

Xaçmazdakı meşə yanğını nəzarətə götürüldü - YENİLƏNİB
Sosial 133

Xaçmaz rayonunda baş verən meşə yanğını nəzarətə götürülüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Xaçmaz Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Yanğının məhdudlaşdırılması istiqamətində işlər davam etdirilir.

***

18.45

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir

BAKU.WS FHN-nin saytına istinadən xəbər verir ki, Nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər