"WhatsApp"da növbəti YENİLİK
"WhatsApp" tərtibatçıları yeni funksiyanı açıqlayıblar.
BAKU.WS-in xəbərinə görə, bu barədə "TechCrunch" portalı məlumat yayıb.
Qeyd olunur ki, yenilik kanallarda administratorlar və kanal sahibləri tərəfindən səsli mesajların göndərilməsi funksiyasıdır.
Şirkət bildirir ki, 2 milyard istifadəçi bazası gündəlik 7 milyard səsli mesaj göndərir.
Şirkət həmçinin kanal yeniləmələrini şəxsi "WhatsApp" statusuna – söhbət proqramının hekayələr funksiyasına paylaşmaq imkanı yaradır.
"İnstagram"da istifadəçilərə kanallardakı yazıları hekayələrinə əlavə etmək imkanı verən oxşar xüsusiyyət var.
Oxşar xəbərlər
"WhatsApp"da daha bir yeni funksiya: Bundan sonra istifadəçilər...
"WhatsApp" tərtibatçıları yeni funksiyanın – böyük qruplar üçün səsli söhbətin istifadəyə verildiyini elan ediblər. BAKU.WS-in məlumatına görə, bu barədə "WABe...