"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Bir ay vaxt verildi

Bir aydan sonra - 15 may 2021-ci ildə "WhatsApp" messenceri istifadəçilərini seçim qarşısında qoyacaq.
BAKU.WS xəbər verir ki, istifadəçilər yeni xidmət qaydalarını qəbul etmək və ya onlardan imtina etmək məcburiyyətində qalacaqlar.
"WhatsApp" üçün yeni istifadə şərtləri ilə razılaşanlar əvvəlki kimi tətbiqdən istifadə edə biləcəklər. Yenilənmiş qaydaları qəbul etməyi rədd edən istifadəçilər funksiyalarda ciddi şəkildə məhdudiyyətlərlə qarşılaşacaqlar.
Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "WhatsApp" istifadəçilərinin hesablarının silinməyəcəyini bəyan edib. Lakin mesajları əvvəlki kimi oxumaq və göndərmək mümkün olmayacaq.
Mesajlaşma yalnız şəxs yenilənmiş şərtlərlə razılaşana qədər zənglər və bildirişlər almaq üçün işləyəcək.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...