"WhatsApp" istifadəçilərini sevindirəcək xəbər

WhatsApp istifadəçilərini sevindirəcək xəbər
Sosial 3257

"WhatsApp" öz istifadəçilərini sevindirməyə hazırlaşır. 

BAKU.WS axşam.az-a istinadən məlumatına görə, yaxınlarda mobil proqramın yeni xidməti təqdim ediləcək. Bu yenilik ismarışların səhvən başqasına göndərilməsi problemi ilə bağlıdır. 

Yəni, bundan sonra proqrama gələn əlavənin yenilənməsi ilə siz səhvən göndərdiyiniz ismarışları düzəldərək təkrar göndərə biləcəksiniz.

Ancaq bu yenilik ilk olaraq "iOS" əməliyyat sistemli, yəni "Apple" şirkətinə aid qurğulara, daha sonra "Android" platformasına da tətbiq ediləcək. 

Hələlik "iOS" istifadəçilərinin faydalanacağı bu yeniliklə proqram vasitəsilə istənilmədən və ya səhvən başqasına atılan ismarışlar ləğv edilə biləcək. Bunun üçün isə göndərdiyiniz ismarışın üzərinə basıb "ləğv et" qərarı vermək lazımdır.

Yaxın zamanda proqrama əlavə ediləcək bu xüsusiyyət yalnız yazılara deyil, göndərilən videolara da şamil ediləcək. "WhatsApp" yaradıcıları bu əlavənin hələ test mərhələsində olduğunu nəzərə alaraq rəsmi bir açıqlama verməyib.

BAKU.WS

Oxşar xəbərlər

“WhatsApp”dan möhtəşəm yenilik - Mesajı iki tərəfli silə biləcəksiniz (FOTO)

“WhatsApp”dan möhtəşəm yenilik - Mesajı iki tərəfli silə biləcəksiniz (FOTO)

"WhatsApp” səhvən göndərilən mesajların silərək, dəyişdirdikdən sonra təkrar göndərilməsinə şərait yaradacaq. BAKU.WS technote.az-a istinadən xəbər verir ki, b...

3385 Şou-biznes 10:24 16 dekabr 2016

Son xəbərlər