Vüsal Kərimli: “Bakıda parklanma siyasətinə yenidən baxılacaq” - BÖYÜK YENİLİKLƏR – VİDEO
19
iyl
2018
11:45
“Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri genişləndirilib. Səlahiyyətlərin genişləndirilməsinin əsas səbəbləri Bakı şəhərinin nəqliyyatının bir qurum tərəfindən kordinasiya olunmasıdır”. BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. Qurum rəhbəri İTV-nin "Diqqət mərkəzində" verilişində çıxış edərkən maraqlı məqamlara toxunub.“Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik. Həm dayanacaqlar, həm işıqforlar, həm parklama yerləri ilə bağlı yeniliklər tətbiq olunacaq. Ümumilikdə Bakıda parklanma siyasətinə yenidən baxılacaq. Bu vətəndaşa xidmətə təsir edəcək”, - deyə Vüsal Kərimli bildirib.Qurum rəsmisi bildirib ki, digər məsələlərdən biri də vətəndaşlara vaxtında və düzgün məlumatın ötürülməsidir:“Digər məsələlərdən biri də insanlar arasında nəqliyyat baxımından neqativ fikirlərin yayılmasıdır. Buna səbəb də, insanlara vaxtında məlumatların verilməməsidir. Bizim də əsas məqsədlərimizdən biri istər yaxşı, istərsə pis hadisə baş verəndə, vətəndaşlara məlumatların dərhal çatdırılmasını təmin etməkdir”.Vüsal Kərimli deyir ki, digər tərəfdən dayanacaqlarla əlaqədar Bakı şəhər İcra Hakimiyyətilə təhvil-təslim prosesi gedir:“Dayanacaqların çoxu düz yerlərdə quraşdırılmayıb. Elə yerlər var ki, döngələrdədir. Dar küçələrdə dayanacaqlar qoyulub. Bu da avtomobillərin rahat hərəkətinə mane olur. Dayanacaqlarda kameralar quraşdırılır. Bunun əsas səbəblərində biri taksi və digər maşınların qanunsuz olaraq dayanacaqda parklanmasının qarşısını almaqdır. Digər əsas məsələlərdən biri də hansı marşrutdan nə qədər insanın istifadə etməsini müəyyən etməkdir. Təhlükəsizlik baxımından da bu məqam əsas şərtlərdən biridir”.BAKU.WS]
Oxşar xəbərlər
Vüsal Kərimli: Bakı şəhərində bütün qarajlar hazır vəziyyətə gətirilib
"Məlum hadisədən sonra Bakı şəhərində bütün qarajlar gecə radələrində, Metropolitenlə əlaqə saxlanıldıqdan sonra hazır vəziyyətə gətirilib. BAKU.WS-in məlumatın...