Vüsal Kərimli: Bakı şəhərində bütün qarajlar hazır vəziyyətə gətirilib
04
iyl
2018
23:47
"Məlum hadisədən sonra Bakı şəhərində bütün qarajlar gecə radələrində, Metropolitenlə əlaqə saxlanıldıqdan sonra hazır vəziyyətə gətirilib. BAKU.WS-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib."Ümumilikdə, yay aylarında Bakı şəhərində 1600 avtobus fəaliyyət göstərirdisə, onun sayı 2100-ə çatdırılıb. Bakı şəhərinin əsas nəqliyyat qovşaqları və giriş-çıxışları ehtiyat avtobuslarla təmin olunub və əhalinin rahatlığı üçün tapşırığınıza əsasən ödənişsiz fəaliyyət göstərməyə başlanıb. Eyni zamanda, nəqliyyat qovşaqlarında havanın isti olması nəzərə alınaraq sərinləşdirici içkilər Bakı Nəqliyyat Agentliyi tərəfindən paylanıb. Bundan başqa, maarifləndirmə işlərində, avtoradio və sosial şəbəkələrdə insanların yol kəsişmələrində bir-birinə duyarlı olması məsələsi qaldırılıb və insanlarımız da, qeyd etdiyiniz kimi, bununla əlaqədar olaraq öz vətəndaşlıq borclarını, çox yüksək səviyyədə yerinə yetirib. Bu arada, bildiyiniz kimi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində də işıqforlarla əlaqə kəsilib, lakin elektrik enerjisi bərpa olunduqdan sonra işıqforların fəaliyyəti çox qısa zamanda yenidən təmin edilib. İşıq olmadığı zaman Dövlət Yol Polisi tərəfindən bütün kəsişmələrdə dəstək və kömək göstərilib".BAKU.WS
Oxşar xəbərlər
Bakıda metro işləmir, avtobuslar sərnişinləri pulsuz daşıyır - FOTO
03 iyul 2018-ci il tarixində Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişində məhdudiy...