Bakıda iş vaxtları dəyişdirilə bilər
"Bakıda dövlət qurumlarında iş vaxtlarının dəyişdirilməsini hökumətə təklif etmişik".
BAKU.WS-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli bu gün keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, Bakı şəhərində günün pik saatlarında yaranan nəqliyyat sıxlğının araddan qaldırılması məqsədi ilə dövlət qurumlarında iş vaxtının başlama saatlarının dəyişdirilməsi ilə əlaqdar təklif layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Xatırladaq ki, hələ ötən il Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciət ünvanlanmışdı. Nazirlər Kabinetinə də qurumların iş vaxtlarının dəyişdirilməsi təklif edilirdi.
Şahin Həbibov
Oxşar xəbərlər
Bakının tıxac probleminin həlli üçün unikal addım
"Şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasına başlanıldı. İlk belə mərkəz met...