Vüqar Bayramov: "Azərbaycanda toxum ehtiyatları üzrə istehsalın payının artırılmasına ehtiyac var"

Vüqar Bayramov: Azərbaycanda toxum ehtiyatları üzrə istehsalın payının artırılmasına ehtiyac var
Sosial 9

Azərbaycanda toxum ehtiyatları üzrə istehsalın payının artırılmasına ehtiyac var.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, bu, həm də idxalın azalmasına səbəb ola bilər: "Konseptual olaraq istehsalın genişləndirilməsi, idxalın azaldılması toxumçuluqda əsas hədəflərdən hesab edilir. Hüquqi bazanın möhkəmlənməsi isə bu sahədə hədəflərə çatmağa dəstək olacaq".

Onun sözlərinə görə, beynəlxalq praktika göstərir ki, tərəvəz məhsullarının maya dəyərində toxum xərcləri 10 %-ə yaxın paya malikdir: "Daha orqanik məhsullarda bu pay nisbətən çoxdur. Bu baxımdan, toxumçuluğun inkişaf etdirilməsi bir tərəfdən kənd təsərrüfatı məhsulları üzrə xərcin azalmasına, digər tərəfdən isə məhsuldarlığın yüksəlməsinə səbəb olar. Qlobal olaraq istehsal edilən buğdanın 15 %-ə qədəri toxum üçün saxlanılır. Kənd təsərrüfatı üzrə ixtisaslaşmış dövlətlərdə toxumluq buğdanın 85 %-ə qədəri yerli istehsal hesabına ödənilir".

Deputat vurğulayıb ki, Azərbaycanda buğda ehtiyat 3,343 milyon tondur: "Bunun 1,649 milyon tonunu istehsal təşkil edir. Toxumluq buğda isə 111,447 min tondur. Bu o deməkdir ki, toxumluq buğda ehtiyatlar ilə müqayisədə 3,3 %, istehsal ilə müqayisə də isə 6,7 % paya malikdir. Tərəvəz məhsulları üzrə ehtiyatımız 2,237 milyon ton, istehsal 1,838 milyon ton, toxum isə 1,063 min tondur. Görüdüyü kimi, tərəvəz məhsulları üzrə toxum ehtiyatı ümumi istehsalın heç 1 %-ə də çatmır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər