Vilayət Quliyev Bakıda kafe qiymətlərinin baha olmasından şikayətləndi - FOTO

Vilayət Quliyev Bakıda kafe qiymətlərinin baha olmasından şikayətləndi - FOTO
Foto
Sosial 122

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev ölkəmizdə kafe qiymətlərinin baha olmağından şikayətlənib.

BAKU.WS xəbər verir ki, səfir Bakı və Polşanın paytaxtı Varşavada səhər yeməklərinin müqayisəli qiymətini feysbuk səhifəsində paylaşıb.

"Yüksək materiyanı bir tərəfə qoyaq. Həm də Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyinməlidirlər.Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir".

Vilayət Quliyev onu da qeyd edib ki, Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar.

"Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir…"

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər