Vilayət Eyvazov türkiyəli polisi təltif etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin Düzcə Emniyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan Respublikası DİN tərəfindən təltif edilib.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin “Beynəlxalq Əməkdaşlığa Görə” döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb.
DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini Emniyət Müdiri İbrahim Ergüdərin iştirakı ilə R.Şahinə təqdim ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...