Vətəndaşlar maklerlərdən niyə narazıdır?
Azərbaycanda daşınmaz əmlak bazarında dələduzluq halları geniş yayılıb.
İqtisadçı ekspert Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, yalnız ev-alqı sahəsində deyil, digər sahələrdə də insanları aldadan şəxslərə rast gəlmək olur.
Ekspertin sözlərinə görə, vətəndaşların ən çox şikayət etdiyi məsələ bir obyektin eyni anda bir neçə nəfərə icarəyə verilməsidir. Bu cür hallarla rastlaşan insanlar isə dərhal hüquq mühafizə orqanlarına müraciət edirlər.
Vüqar Oruc əlavə edib ki, bazarda belə halların qarşısını almaq üçün həm əmlak sahibləri, həm də kirayəçilər diqqətli olmalı, hüquqi prosedurlara riayət etməlidirlər.
Vətəndaşlara tövsiyə olunur ki, icarə zamanı bütün sənədləri diqqətlə yoxlasın və mümkün riskləri əvvəlcədən müəyyən etsin.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək?
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər. BAKU.WS xəbər verir ki, bununla bağlı məlumat sosia...