Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək

Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək
Sosial 727

İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir.

BAKU.WS “report”a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, İXM-ni 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər cərimə olunacaq.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, İXM-in 124.3-cü maddəsində deyilir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Maskaya görə cərimələr artırıldı

Maskaya görə cərimələr artırıldı

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb. BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliye...

3392 Sosial 15:50 26 dekabr 2020

Son xəbərlər