Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürülüb
Vətəndaşın özünün xəbəri olmadan adına onlayn formada məişət texnikaları sifariş verilib, həm də düz altı min manatlıq.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir iddianı paytaxt sakini Şahmar Niftəliyev edib.
Müraciət edən şəxsin iddiasına görə, məişət texnikası satılan mağazalar şəbəkələrindən birindən ona zəng gəlib ki, onlayn formada aldığı məhsulların ödənişini üç aydır gecikdirib.
Bundan narahat olan Şahmar Niftəliyev həmin mağazalar şəbəkəsinin baş ofisinə gedib. Orada problemli kreditlər şöbəsindən bildiriblər ki, məhsullar onlayn formada sifariş verilib və ünvana da çatdırılıb.
Şahmar Niftəliyev həm də ona görə narahatdır ki, ödəniş olunmadığı üçün məhkəmə vasitəsi ilə onun ölkədən çıxışına qadağa qoyula bilər. Şikayətçi həmin məsələ ilə bağlı polisə də məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, aidiyyəti hüquq-mühafizə orqanının əməkdaşları ilə birgə araşdırma aparılır.
Oxşar xəbərlər
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü BAXIMSIZ HALDA
Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində Azərbaycanın neft milyonçularından biri olan Şəmsi Əsədullayevə məxsus tarixi bağ evi baxımsız vəziyyətdədir. Bakı...