Vətən müharibəsinin ilk qadın şəhidinin yaşadığı ev qazlaşdırılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın yaşadığı ev qazlaşdırılıb.
Bu barədə BAKU.WS-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Şəhid Arəstə Baxışovanın ailəsi Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır. Evlərində bu günədək təbii qazdan istifadə edilməyib. Evi yalnız elektrik enerjisi ilə çətinliklə isitməyə çalışıblar, lakin bu o qədər də yaxşı alınmayıb.
Məlumatda qeyd olunur ki, şəhid hərbçimizin ailəsi bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinə (İB) müraciət etməyib:
“Bu barədə bizə müraciət olunmasa da “Azəriqaz” İB-nin əməkdaşları problemdən xəbər tutaraq ailəyə baş çəkib. Razılıqlarını aldıqdan sonra fərdi yaşayış evində qazlaşma işlərinin aparılmasına başlanılıb”.
Xatırladaq ki, A.Baxışova sentyabrın 27-dən başlayan döyüşlər zamanı hərbçilərə tibbi yardım göstərilmək üçün cəbhəyə yollanıb. Bir neçə istiqamətdə qorxmadan, yorulmadan vəzifəsini icra edib. O, oktyabrın 24-də yaralı hərbçiləri döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib.
Arəstə Baxışovanın Zəhra və Mərdan adlı iki övladı var.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...