Vətən müharibəsində yaralanan 5 qazimiz sağaldı - FOTO

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.
Fonddan BAKU.WS-ə verilən məlumata görə, Əliyev Arzu Könül oğlu, Zeynalov Məhiyyəddin Elsevər oğlu, Abbasov Müzəffər Maqsud oğlu, Əhmədov Samməddin Həmid oğlu, Abbasov Kamal Saleh oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 63 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Qalereya
Oxşar xəbərlər
Türkiyəyə göndərilən daha iki qazimiz sağalaraq Vətənə döndü - FOTO
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən iki qazimiz sağalaraq Vətənə dönüb. Fonddan BAKU.WS-ə verilən məlumata görə, qazilə...
