Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə bağlı təklif olunan vergi güzəştlərinin həcmi artırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında bildirib.
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin birinci oxunuşunda bu məbləğ 10 min manat olub. Beləliklə, deputatların birinci oxunuşda qaldırdığı məsələlər əsasında Vergi Məcəlləsində ikinci oxunuşda bu məbləğ artırılıb.
Eyni zamanda layihədə “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub.
Layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
Müharibədən əziyyət çəkən 33 min şəxsə sosial dəstək edilib - FOTO
44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı geniş...