Vətən müharibəsi şəhidinin Hədiyyəsi gəldi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi şəhidi, gizir Sehran Vəliyevin qız övladı dünyaya gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan şəhid övladına simvolik olaraq Hədiyyə adı verilib.
Körpə bu gün rayonun ictimaiyyət nümayəndələrinin iştirakı ilə xəstəxanadan evə aparılıb.
H.Vəliyeva şəhidin sayca üçüncü övladıdır.
Qeyd edək ki, Sehran Nizami oğlu Vəliyev İkinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində düşmən cəbhəsinin yarılmasında qəhrəmanlıq nümayiş etdirib. Azərbaycan Ordusunun gizir kəşfiyyatçısı oktyabrın 2-də torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhid olub.
Onun nəşi doğulduğu Biləsuvar rayonunun Nəsimi kəndində torpağa tapşırılıb.
Qalereya
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...