Vətən Müharibəsi Qəhrəmanının rütbəsi artırıldı
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant İlqar Orucovun rütbəsi vaxtından əvvəl artırılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Hərbi xidmətdə fərqlənən İlqar Orucova polkovnik hərbi rütbəsi verilib.
Hazırda xidmətini davam etdirən İ.Orucov N saylı hərbi hissədə komandir vəzifəsində çalışır.
Qeyd edək ki, Orucov Vətən Müharibəsində şücaət göstərən hərbçilərimizdən olub.
O, mübaribədən sonra orden və medallar, o cümlədən "Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Azərbaycan Bayrağı" ordeni və bir neçə rayonun işğaldan azad olunmasına görə medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Hər şeyə nəzarət etməyi sevən 5 bürc
Bəzi insanlar həyatlarında baş verən proseslərin necə inkişaf edəcəyini əvvəlcədən bilmək və mümkün qədər hər şeyi öz nəzarətlərində saxlamaq istəyirlər. Astrol...