Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə TƏYİN EDİLDİ
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev Agentlik rəisi general-mayor Sərdar Səfərovun müavini vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, Füzuli İmrəliyev Vətən müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib. Daşaltı əməliyyatı zamanı yaralanan İmrəliyev müxtəlif orden və medallarla təltif edilib. O, daha əvvəl Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çalışıb.
Oxşar xəbərlər
Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi
Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəti...