Vətən müharibəsi iştirakçısı: "Döyüşə başlayanda 124 nəfər idik, sonda 20 nəfər qalmışdıq"
"Hər zaman torpaqlarımızı geri qaytaracağımıza inanırdıq. Amma bunun nə zaman olacağını bilmirdik".
Bunu Baku TV-yə müsahibəsində Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev deyib.
"Fəxr edirik ki, bu tarixi yazmaq, torpaqlarımızı geri qaytarmaq bizə qismət oldu", - deyə o əlavə edib.
Nizami Əliyev həmçinin "Əfsanəvi tabor"un qəhrəmanlığından bəhs edib: "Əfsanəvi tabor" ən ağır döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən son saatlarına qədər döyüşlərdə olub. Müharibəyə başlayanda şəxsi heyətim 124 nəfər idi. Amma döyüşlərin sonunda taborda 20-yə yaxın əsgər qalmışdı. Tabora bu adı qazandıran onun qəhrəman döyüşçüləridir".
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Türkiyəli fermerdən Zəfər Günü jesti
Türkiyəli fermer maraqlı addımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o Zəfər Günündə Azərbaycan xalqına dəstəyini nümayiş etdirib. Bu məqsədlə Kırklareli...