Vətən müharibəsi iştirakçısı şikayət edir: Binanın altına su yığılır - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Səbail rayonu ərazisində yerləşən yaşayış binalarının birinin sakinləri şikayətçidirlər.
BAKU.WS-in "qaynar xətt"inə daxil olan şikayətdə qeyd olunur ki, Üzeyir Hacıbəyov küçəsi, ev 21 ünvanında yaşayan sakinlər binanın altında yığılan sudan təngə gəliblər.
Şikayətçi Namazlı Elşən Eldar oğlu deyir ki, fevral ayından Bakı şəhər İcra Hakimiyyətinə və Səbail rayonu İcra Hakimiyyətinə problemlə əlaqədar yazılı müraciət edib.
O bildirib ki, binanın birinci mərtəbəsində yerləşən mənzilini su basır və bu vəziyyətə heç bir qurum müdaxilə etmir.
İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan Namazlı Elşən əlavə edib ki, binanın altına su yığılması problemi artıq bir ildir ki, davam edir.
16 ailədən ibarət sakini olan binanın altına yığılan suyun görüntülərini təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
"Qədim Qəbələ-Kaktus" restoranı cərimələndi - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (...