Vergi borcu olan şirkət FHN-dən 4 milyon manatlıq sifariş alıb

07
iyl
2020
10:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-təchizat İdarəsi yumşaq inventarların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Şahdağ Təchizat" MMC-dir.
Qalib şirkətə 3,8 milyon manat ödəniləcək.
Xatırladaq ki, "Şahdağ Təchizat" 2017-ci ildə cəmi 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Bu günə şirkətin 6 119 manat vergi borcu var.
Oxşar xəbərlər
Bakı metrosunda 1 milyon manatlıq tender
"Bakı Metropoliteni" QSC infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq t...
