Vasif Talıbovun rəis oğlu: “Hər kəsin öz işi var”
Yeniliklərdən dərhal xəbərdar olun
“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”.
BAKU.WS xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov bu dəqiqələrdə Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib.
Rza Talıbov istefadan sonra atası ilə əlaqə saxlamadığını da deyib:
“Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.
“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov: “Hər kəsin öz işi var”, - deyərək əlavə şərh verməkdən imtina edib.
Oxşar xəbərlər
Vasif Talıbovun vəzifəsi bu şəxsə KEÇƏCƏK - FOTO
Bu saatlarda Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilir. İclasa Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sədrlik etdiyi bildirilir....