Vasif Talıbovun qardaşından AÇIQLAMA: “Bunu məqsədli şəkildə yazırlar” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün bır sıra saytlarda, sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması haqda xəbərlər yayılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Manset.az Məhərrəm Talıbovla əlaqə saxlayıb. Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Məhərrəm Talıbov saxlanılması haqda xəbərlərin yalan olduğunu bildirib.
“Mənim saxlanılmağımla bağlı xəbərlər yalandır. Bunu yazanlar məqsədli şəkildə yazırlar. Mən uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam. Bu gün də çalışıram. Mən qanun adamıyam. Qanun nəyi deyirsə, onu da eləmişəm”.
Oxşar xəbərlər
Vasif Talıbovun oğlu vəzifəsindən azad edilib?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edild...