Vasif Talıbovun oğlu daha bir vəzifəsini itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.
BAKU.WS Teleqraf.az-a istinadən xəbər verir ki, o bundan sonra Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyində təmsil olunmayacaq.
S.Talıbov qurumun İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürməyib.
AŞF-nin hazırda davam edən Konfransında İcraiyyə Komitəsi üzvlüyünə namizədlər siyahısında onun adı yoxdur.
Qeyd edək ki, Seymur Talıbov 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini tuturdu. Onun rəhbəri olduğu Naxçıvan Şahmat Federasiyası isə 2024-cü ildə ləğv olunub.
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...