Vasif Talıbov oğlunu nazirin qızı ilə evləndirir
31
avq
2017
16:43
Sentyabrın 15-də Bakıdakı "Buta" sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi olacaq. BAKU.WS xəbər verir ki, bu barədə "AzPolitika" saytı məlumat yayıb.Yazılanlara görə, V. Talıbov sentyabrın 15-də bir neçə gün əvvəl MR-in daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək. Lakin onların qohumluğu yeni deyil. F.Ələkbərov Vasif Talıbovun xalası oğludur.Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmışdılar. Həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tuturdu.Seymur Talıbov Naxçıvandakı universitetlərdən birinin prorektoru vəzifəsində çalışır və eyni zamanda, MR Ali Məclisinin üzvüdür.Maraqlıdır ki, Talıbovların bundan əvvəlki bütün xeyir işləri Naxçıvanda olub. Lakin S.Talıbovun toyu Bakıda olacaq.BAKU.WS
Oxşar xəbərlər
Vasif Talıbov yeni nazir təyin etdi
Naxçıvan Muxtar Respublikasının vergilər naziri vəzifəsindən azad edilib. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Re...