Vaqonlarda fəaliyyət göstərən köçkün məktəbi yeni binaya köçürüləcək - RƏSMİ (VİDEO)

29
avq
2018
22:12
Ağdam rayonunun 122 nömrəli köçkün tam orta məktəbi 1994-cü ildən Bərdə rayon Dəmiryolu vağzalında dəmir vaqonlarda fəaliyyət göstərir. Ağdam rayon Təhsil şöbəsindən BAKU.WS-ə verilən məlumatda qeyd olunub ki, 122 nömrəli məktəbdə Ağdam şəhər Seçki dairəsinin 3 saylı seçki məntəqəsi yerləşir. "Ərazidə olan məcburi köçkün ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb və növbəti mərhələdə qəsəbə salınarkən onlara ev verilməsi nəzərdə tutulub. Hər bir yeni salınmış məcburi köçkünlər üçün qəsəbələrdə bütün standartlara cavab verən məktəb binaları tikilib əhalinin istifadəsinə verilir. Yeni salınacaq qəsəbəyə 122 nömrəli köçkün tam orta məktəbin köçürülməsi mümkün olacaq", - Ağdam rayon Təhsil şöbəsindən vurğulanıb. Qeyd edək ki, Azərbaycanda vaqon məktəb fəaliyyət göstərirdiyi barədə məlumatı BAKU.WS vermişdi. Bərdə rayonunda yerləşən vaqonlardakı təhsil ocağının varlığını tanınmış astroloq Səbuhi Rəhimlinin sosial şəbəkədə yaydığı videosundan xəbər tutmuşdu.BAKU.WS
Oxşar xəbərlər
Əli Həsənov icra başçılarına məcburi köçkünlərlə bağlı tapşırıq verdi
"Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb".APA-nın məlumatı...