Vaqif Əsədovun yerinə TƏYİNAT - FOTO

Vaqif Əsədovun yerinə TƏYİNAT - FOTO
Foto
Sosial 8

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib.

Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Oruc Zalov təqaüdə göndərilib, daxili işlər nazirinə yeni müavin təyin olunub - FOTO - YENİLƏNİB

Oruc Zalov təqaüdə göndərilib, daxili işlər nazirinə yeni müavin təyin olunub - FOTO - YENİLƏNİB

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub. BAKU.WS xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətb...

679 Sosial 12:43 17 dekabr 2022

Son xəbərlər