Vaqif Əsədovdan sürücülərə müraciət - Bu istiqamətdə avtomobildən istifadə etməyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.
İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:
"Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq".
Oxşar xəbərlər
Sabah paytaxtda hansı küçələr bağlı olacaq? - AÇIQLAMA
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı sabah paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. BAKU.WS xəbər verir ki, bu b...