Valideynlərin NƏZƏRİNƏ! - Məktəbdə pul yığılarsa, BUNU MÜTLƏQ EDİN - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Əgər hər hansı yerlərdə qeyri-qanuni yığımlar varsa, kimsə müəyyən vəsait istəyirsə, bununla bağlı nazirliyə müraciət etsinlər".
BAKU.WS xəbər verir ki, bu sözləri AZTV-yə açıqlamasında Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Nazirlik rəsmisi əlavə edib ki, müraciət edənlər ünvanlı və sübutlarla danışmalıdır:
"Hər bir məktəbdə iki-üç nəzarətçi qoymaq mümkün deyil ki, kimin nə etdiyini bilək. Bunu cəmiyyət etməsə, nazirliyin 250 nəfərlik kontingenti edə bilməyəcək. Bunun üçün 146 qısa nömrəli qaynar xəttimiz və sosial şəbəkədəki səhifələr var. Şikayətlərini edə bilərlər. Lakin bu müraciətlər anonim olanda onu araşdırmaq çətin olur".
Oxşar xəbərlər
Azərbaycanda elm və təhsil sahəsində islahatlara START VERİLDİ
Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm A...